Marja.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Unicapital 24 sentyabr tarixində AmCham-ın Bankçılıq və Maliyyə Komitəsi tərəfindən təşkil olunan “Azərbaycanda Sabit Gəlirlilik Forumu”nda iştirak edib. Forum “Yerli maliyyə bazarlarında Beynəlxalq Maliyyə Təşkilatlarının rolu” mövzusuna həsr olunub.Tədbirdə Unicapital İnvestisiya Şirkətinin Baş direktoru Vüqar Namazov moderator, Direktor Tələt Kalayev isə spiker qismində çıxış edib.
Onlar beynəlxalq maliyyə təşkilatlarının yerli emitent və investorların davranışlarına olan təsirindən, Azərbaycanın sabit gəlir bazarının daha effektiv şəkildə genişləndirilməsindən danışıblar. Çıxışlarda, həmçinin istiqrazların etibarlı maliyyələşdirmə vasitəsi kimi təşviq olunması müzakirə olunub.Forum Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Bakı Fond Birjası kimi nüfuzlu beynəlxalq və yerli təşkilatların ekspertlərini bir araya gətirib. İştirakçılar təqdimatlar və panel müzakirələri vasitəsilə təcrübələrini bölüşərək fikir mübadiləsi aparıblar.Xatırladaq ki, “Unicapital İnvestisiya Şirkəti” ASC-nin nizamnamə kapitalı 100%-lik “Unibank KB” ASC-yə məxsusdur. Şirkət 2007-ci ildən bəri fond bazarının peşəkar iştirakçısı, Bakı Fond Birjasının ilk və ən uzunmüddətli üzvüdür. Hazırda şirkətin müştəri sayı 1 000 000-u ötüb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.