AZ

"PUBG" oyununa görə bütün ailəsini öldürdü ,100 il həbs cəzası aldı

Pakistanda məhkəmə 17 yaşlı Zeyn Əlini anasını, qardaşını və iki bacısını öldürməyə görə 100 il həbs cəzasına məhkum edib.

Milli.Az xəbər verir ki, "The Independent"in məlumatına görə, faciə yeniyetmənin PUBG oyununa asılılığı və bunun yaratdığı sinir pozuntusu səbəbindən baş verib.

Hadisə zamanı Əlinin cəmi 14 yaşı olub. O, Lahorda yaşadığı evdə vaxtının çox hissəsini otağa qapanaraq onlayn oyun oynamağa sərf edirdi. Anası onun oyun asılılığına görə dəfələrlə xəbərdarlıq etmişdi.

Qətl günü isə Əli oyunda uğursuzluğa düçar olduqdan sonra əsəblərinə hakim ola bilməyib. Anasının danlağından sonra silah götürərək otağa daxil olub və ailə üzvlərinə atəş açıb.

Hadisə nəticəsində onun anası , böyük qardaşı, həmçinin 15 və 10 yaşlı bacıları həyatını itirib.

Milli.Az

Seçilən
3
milli.az

1Mənbələr