Mingəçevir stansiyasının binası əsaslı təmir edilib
Gəncə-Mingəçevir-Ağstafa marşrutu istifadəyə verilməzdən əvvəl dəmir yollarınınMingəçevir sahəsində yenidənqurma işləri həyata keçirilib. Mingəçevir şəhər stansiyasının binası əsaslı təmir edilib.
Teleqraf-ın Mingəçevirə ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC-nin sədrinin müşaviri Arif Ağayev öz çıxışında bildirib.
Onun sözlərinə görə bu marşrutun açılışı dəmir yolları üçün əlamətdar hadisədir:"İlk dəfədir ki, Bakıdan kənarda – regionlararası müasir qatarla səfərlərə başlayırıq. Müasir, komfortlu elektrik qatarları Gəncə-Mingəçevir-Ağstafa marşrutu üzrə gündə 2 dəfə sərnişinlərə xidmət göstərəcək.