AZ

Rusiyada qatar yük maşını ilə toqquşdu: Yanğın başladı – VİDEO

Rusiyanın Smolensk vilayətində 18 benzin vaqonu və lokomotiv ağır yük maşını ilə toqquşaraq relsdən çıxıb və yanğın başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Baza” Telegram kanalı məlumat yayıb.

Qəza səhər tezdən Rudnya və Qolinka stansiyaları arasında baş verib.

Yük maşını sürücüsü keçidə növbəti qatardan az qalmış daxil olub və toqquşma qaçılmaz olub.

Lokomotiv və benzin vaqonları relsdən çıxıb, yanğın baş verib.

Lokomotiv heyətinin mühəndisi və köməkçisi orta-ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Hadisə baş verən ərazidə qatarların hərəkəti dayandırılıb, yanğınsöndürənlər hadisə yerindədir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
12
1
konkret.az

2Mənbələr