AZ

Türkiyə “Boeing”lə razılaşdı: Yüzlərlə təyyarə…

Turkish Airlines yüzlərlə yeni təyyarə almağı planlaşdırır.

KONKRET.az xəbər verir ki, Türkiyə aviaşirkəti Boeing-dən 50 ədəd “B787” təyyarəsi üçün möhkəm sifariş, əlavə olaraq isə 25 ədəd üçün opsion sifariş verdiyini Türkiyə Fond Birjasına açıqlayıb.

Şirkətdən bildirilib ki, mühərriklərin alınması ilə bağlı Rolls-Royce və GE Aerospace şirkətləri ilə danışıqlar davam edir. Bununla yanaşı, Turkish Airlines Boeing ilə 150 ədəd 737-8/10 MAX təyyarəsinin alınması barədə də danışıqlar aparır. Bu razılaşmanın nəticəsi CFM International ilə aparılan mühərrik müzakirələrindən asılı olacaq.

Məlumata görə, bu açıqlama Prezident Rəcəb Tayyib Ərdoğanla ABŞ lideri Donald Tramp arasında keçirilən görüşdən dərhal sonra verilib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
22
1
konkret.az

2Mənbələr