Nümayəndə heyəti, sonra Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, "Əbədi məşəl" abidəsini ziyarət edib.
Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin deputatı, Azərbaycan-Çili parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Badamov və digər rəsmi şəxslər müşayiət ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31