AZ

"Bir gözümü qopartsan, sənə keçərəm, bağışlayaram"

"Həyatımda olan nankor insanları bağışlamayacağam: əlimlə yemək verdiyim, maddi yox, mənəvi dəstək verdiyim, pis günündə əlindən tutduğum insanlar var. Onları ölsəm də, bağışlamayacağam. Sənin üçün ölsəm də, bağışlamayacağam".

 

Bu sözləri müğənni Xatirə İslam "Öz aramızda" verilişində deyib.

 

Sənətçi ona qarşı haqsızlıq edən insanlardan söz açıb:

 

"Kin, küs saxlamağı bilirəm. Şou aləmində də belələri var. Beynimdə saxlamışam. Haqqıma girib, olmayan söhbətlər danışıblar. Onun hesabını bu yox, o dünyada soruşacağam. Sənət aləmində də, belə də var. Ona sual verəcəyəm ki, hansı məqsədlə etdin? Heç vaxt halallıq verməyəcəyim insanlar var. Durduğum yerdə, olmayan şey etdi. Ona görə stress almışam. Bir gözümü qopartsan, sənə keçərəm, bağışlayaram. Amma mənə stressi yaşatmısansa, ömür boyu ürəyimdə qalır".  (Axşam.az)

Tarix: 26 Sentyabr 2025, 12:40   
Seçilən
17
pravda.az

1Mənbələr