Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda bu ilin yanvar-avqust aylarında həyatın yaşam sığortası üzrə 498 milyon 528 manat sığorta haqqı yığılıb.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 19,4% və ya 81 milyon 22 min manat çoxdur.
Hesablamalarımıza görə, son 1 ildə bu sığorta növü üzrə ödənişlərin məbləği isə 90 milyon 908 min manat və ya 27,6% artaraq 419 milyon 914 manata çatıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust aylarında yaşam sığortası üzrə yığımlar 417,5 milyon manata, ödənişlər isə 329 milyon manata bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!