ain.az xəbər verir, Ayna saytına əsaslanaraq.
“Əgər onlar bu işləri maliyyələşdirsələr, çətinlik çəkəcəklər"
ABŞ Prezidenti Donald Tramp təklif edib ki, maliyyəçi Corc Soros və “LinkedIn”in həmtəsisçisi Reid Hoffman solçu radikalları maliyyələşdirdikləri aşkar edilərsə, hüquqi problemlə üzləşə bilərlər. Bu barədə AYNA.AZ xarici mediaya istinadən bildirir.
"Yaxşı, Soros, əlbəttə ki, çox eşitdiyim bir addır. Mən radikal solçu olan kifayət qədər varlı insanların adlarını eşidirəm. Reid Hoffman adlı bir oğlan haqqında eşidirəm. Əgər onlar bu işləri maliyyələşdirsələr, çətinlik çəkəcəklər", Tramp qeyd edib.
Amerika lideri ABŞ-da siyasi terrorizmin artmasında, xüsusən də müttəfiqi Çarli Kirkə qarşı sui-qəsd cəhdində solçu radikalları günahlandırıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.