AZ

ABŞ-da güclü zəlzələ oldu

ABŞ-ın Oreqon ştatı sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 16 000 nəfərin yaşadığı Kus-Bey liman şəhərindən 230 km qərbdə yerləşib.

Zəlzələnin ocağı 14 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami xəbərdarlığı edilməyib.

Seçilən
11
1
axar.az

2Mənbələr