AZ

Məktəblərlə bağlı 2.9 milyonluq layihə

Azərbaycanda təhsil müəssisələri internet şəbəkəsi ilə təmin olunacaq.

Modern.az xəbər verir ki, bu məqsədlə Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi böyük həcmli satınalma elan edib.

Layihənin ümumi dəyəri 2,9 milyon manata yaxın (2.898.845,20 AZN) təşkil edir.

Tenderin həyata keçirilməsi nəticəsində məktəblərin internet infrastrukturunun təkmilləşdirilməsi və sürətli şəbəkə imkanlarının artırılması gözlənilir. (Mənbə: baku.ws)

Seçilən
13
4
modern.az

5Mənbələr