AZ

“AtaSığorta” bu il 6,7 milyon manat sığorta haqqı toplayıb

“AtaSığorta” ASC bu ilin ilk 8 ayı ərzində 6 milyon 670 min manat həcmində sığorta haqqı toplayıb.

FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Şirkətin yığımları ötən ilin eyni dövründəki 7 milyon 78 min manatlıq göstəriciyə yaxındır.

Bu dövrdə ödənişlər isə illik müqayisədə 1 milyon 15 min manat və ya 39,3% artaraq 3 milyon 599 min manat olub. Ötən il ödənişlər 2 milyon 584 min manat idi.

Seçilən
126
fed.az

1Mənbələr