AZ

Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı planlaşdırılır

2026-cı ilin sonunadək həm Ağdam-Xankəndi dəmir yolunun, həm də Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı planlaşdırılır.

"APA -Economics"in Mingeçevirə ezam edilmiş müxbiri xəbər verir ki, bunu ADY sədrinin müşaviri Arif Ağayev deyib.

O bildirib ki, Qarabağla yanaşı, Şərqi-Zəngəzur iqtisadi regionunda da dəmiryol infrastrukturu bərpa edilir. Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilmə işlərinin 84%-i, tikinti-quraşdırma işlərinin isə 67%-i yekunlaşıb.

"Qarabağda növbəti layihə Ağdam-Xankəndi dəmir yolunun tikintisi ilə bağlıdır. Bu il iyulun 3-də Prezident İlham Əliyev Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoyub. Xəttin layihələndirilməsi tamamlanıb", - sədrin müşaviri əlavə edib.

Seçilən
14
24
qaziler.az

10Mənbələr