AZ

Bakıda “iPhone 17” üçün gecəyarısı növbəyə durdular

Bu gündən etibarən “iPhone 17” və “iPhone Air” seriyasının Azərbaycanda rəsmi satışlarına start verilib. “Apple”ın ölkəmizdəki rəsmi tərəfdaşı “Kontakt” ən son model “iPhone”ları öz alıcılarına ən tez çatdırmaq üçün isə gecə saat 00:01-də satışlara başlayıb.

Demokrat.az xəbər verir ki, sentyabrın 26-sı gecənin ilk dəqiqələrində “iPhone 17” və “iPhone Air” seriyasının ilk sahiblərindən olmaq istəyən yüzlərlə şəxs “Kontakt”ın “Nərimanov” mağazasının qarşısına toplanıb.

Gecə olmasına baxmayaraq, yeni “iPhone” seriyası çox böyük maraqla qarşılanıb. Hətta, 2 saat tamamlanmadan “iPhone 17 Pro” və “iPhone 17 Pro Max” modellərinin bütün ilkin stokları tükənib. Bu isə “Kontakt” tarixində ən sürətli satılan seriya kimi qeydə alınıb. Alıcıların marağı xüsusilə rəng seçimində özünü göstərib – seriyanın “Cosmic Orange” və “Deep Blue” rəngləri ilk gündən ən çox tələb olunan olub.

Gecə satışına qatılan alıcılar həm də xoş sürprizlərlə qarşılaşıblar. Belə ki, şəbəkə məhz gecəyə özəl yeni “Apple” məhsullarından 3100 manatadək dəyəri olan müxtəlif hədiyyələr təqdim edib.

Üstəlik, “Kontakt”da “iPhone 17”ə nağd alışda xüsusi güzəştlərlə sahib olmaq da fürsəti də verilir. Belə ki, burada “iPhone 17” 146 manatdan, “iPhone 17 Pro” modelləri 200 manatdan, “iPhone Air” isə 182 manatdan başlayan qiymətləro və elə endirimli qiyməti 18 ayadək hissəli ödəniş şərtləri ilə siz alıcılara təklif olunur.

Şəbəkənin mağazalarından aldığımız məlumata əsasən, hazırda “iPhone 17” seriyasının bütün rəng və yaddaş növləri müntəzəm olaraq yenilənir. Lakin, sürətlə tükənməsi səbəbindən alıcılara fürsəti vaxtında dəyərləndirmələri tövsiyə olunur. İstənilən modeli əldə etmək üçün “Kontakt” mağazalarına və ya kontakt.az saytına müraciət edə bilərsiniz.

Seçilən
17
9
demokrat.az

10Mənbələr