AZ

Rumıniyada Azərbaycanın logistika imkanları müzakirə olunub

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov Konstansa şəhərində keçirilən “South East Europe EPC & Infrastructure” adlı konfransda iştirak edib.

Hafta.az xəbər verir ki, diplomat çıxışında Asiya ilə Avropa arasında nəqliyyat və logistika layihələrinə toxunub, xüsusilə Orta Dəhliz layihəsinin əhəmiyyətini qeyd edib. O, həmçinin daşımaların optimallaşdırılması və regional əməkdaşlığın gücləndirilməsi məqsədilə logistika proseslərinin rəqəmsallaşdırılması istiqamətində Azərbaycanda aparılan islahatlardan danışıb.

Tədbir “Creative Communication” şirkəti tərəfindən CAIR (Rumıniya Sahibkarlar və İnvestorlar Konfederasiyası), ACUE (Enerji Kommunal Şirkətləri Federasiyası), PATRES (Bərpa Olunan Enerji İstehsalçılarının İşəgötürənlər Təşkilatı), PSC (Tikinti Şirkətləri İşəgötürənlər Assosiasiyası), BRCCBU (Birləşmiş Millətlər Birliyi), UNTRR (Rumıniyadan Yol Daşıyıcıları) və USER (Rumıniya Ekspeditorlar Assosiasiyaları İttifaqı) ilə birgə təşkil olunub.

Konfransda Konstansa limanının böyük infrastruktur və enerji layihələri üçün əsas qapı kimi strateji rolu vurğulanıb, sərhədyanı əməkdaşlığın və innovativ yanaşmanın vacibliyi bir daha təsdiq edilib. Eyni zamanda, tədbir regionun davamlı iqtisadi inkişafı üçün ümumi məsələlərin həllinin tapılmasında dövlət qurumları və özəl sektorunun əməkdaşlıq imkanlarını müzakirə etmək məqsədi daşıyıb.

Seçilən
21
5
hafta.az

6Mənbələr