AZ

“PAŞA Bank” nüfuzlu “İNMerge” innovasiya sammitinin platin sponsorudur

Marja.az saytına istinadən ain.az xəbər verir.

Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank”, regionun ən böyük innovasiya tədbiri – “İNMerge” sammitinə platin sponsor qismində dəstək göstərir.

"PASHA Holding"in təşkilatçılığı ilə 29–30 sentyabr 2025-ci ildə Bakı Konqres Mərkəzində keçiriləcək sammitin məqsədi startaplarla investorları bir araya gətirərək səmərəli əməkdaşlıqlar üçün platforma yaratmaq, ideya və təcrübə mübadiləsini təşviq etməkdir. Tədbir çərçivəsində fintex, telekommunikasiya, e-ticarət və digər sahələrdən olan qlobal liderlər və innovatorlar görüşəcək, iştirakçılara beynəlxalq tərəfdaşlıqlar qurmaq və regionun innovasiya gündəmini formalaşdıran simalarla ünsiyyət imkanı veriləcək.

VTB-də yüksək depozit faizləri daha çox qazandırır

Bu il “PAŞA Bank” sammitdə “Məsuliyyətli bankçılıq” mövzusuna həsr olunmuş xüsusi vertikalın ev sahibliyini həyata keçirir. Burada məsuliyyət bank sektorunda sadəcə bir seçim və ya trend deyil, bütövlüyün, etibarın və uzunmüddətli dəyər yaratmağın ayrılmaz tələbi kimi təqdim olunacaq. Sessiyalarda biznesin cəmiyyətə verə biləcəyi real fayda, dayanıqlı maliyyə ekosisteminin formalaşmasında innovasiyanın rolu və qlobal transformasiyaların regiona təsiri müzakirə ediləcək.

Məsuliyyətli bankçılıq yanaşması maliyyə institutlarının yalnız iqtisadi deyil, həm də sosial və ekoloji sahələrdə dayanıqlı təsir göstərməsini nəzərdə tutur. Bu konsepsiya şəffaf qərarverməni, ətraf mühitə qayğını, cəmiyyət üçün fayda yaratmağı və uzunmüddətli dəyərin qorunmasını əsas götürür. Etibarlı maliyyə tərəfdaşı kimi “PAŞA Bank” korporativ sektorda məsuliyyətli bankçılığın inkişafına dəstək verməkdə və Azərbaycanın iqtisadiyyatının dayanıqlı inkişafına töhfə göstərməkdə qətiyyətlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
5
marja.az

6Mənbələr