AZ

Qırğızıstanın sədrliyi ilə ABŞ-də KTMT-nin iclası keçirildi

BAKI, 26 sentyabr. TELEQRAF

Nyu-Yorkda (ABŞ) Qırğızıstan xarici işlər naziri Jenbek Kulubayevin sədrliyi ilə KTMT-yə üzv dövlətlərin xarici işlər nazirlərinin işçi görüşü keçirilib.

Teleqraf xəbər verir ki, görüş zamanı tərəflər beynəlxalq və regional təhlükəsizliyin aktual məsələlərini müzakirə edib, təşkilat çərçivəsində və BMT Nizamnaməsində təsbit olunmuş məqsəd və prinsiplərin həyata keçirilməsi kontekstində əməkdaşlığın əsas istiqamətləri üzrə fikir mübadiləsi aparıblar.

Beynəlxalq sülh və təhlükəsizliyin qorunması, çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsi, terrorizm, ekstremizm və transmilli cinayətlər kimi müasir təhdidlərə qarşı mübarizə sahəsində KTMT-nin səylərinin BMT-nin prioritetləri ilə uzlaşdırılmasına xüsusi diqqət yetirilib.

Görüşün sonunda xarici işlər nazirliklərinin rəhbərləri regionda kollektiv təhlükəsizliyin və davamlı inkişafın səmərəliliyinin artırılması məqsədilə çoxtərəfli təşkilatlarla sıx əməkdaşlıq şəraitində bütün səviyyələrdə müntəzəm dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.

Yekunda KTMT-yə üzv ölkələrin XİN rəhbərləri tərəfindən BMT-nin 80 illik yubileyi ilə bağlı bəyanat imzalanıb.

Seçilən
11
teleqraf.com

1Mənbələr