AZ

ADY: Yeni dəmir yolu marşrutu Mingəçevirin turizm potensialını artıracaq

Gəncə–Mingəçevir–Ağstafa marşrutunun istifadəyə verilməsi Mingəçevir şəhərinin turizm potensialının daha da artırılmasına şərait yaradacaq.

"APA-Economics"in Mingeçevirə ezam edilmiş müxbiri xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev deyib.

O bildirib ki, Gəncə–Mingəçevir–Ağstafa marşrutunun açılması bu istiqamətlərdə səfər edən, Mingəçevir və Gəncə şəhərləri, Tovuz və Ağstafa rayonları, Goran, Dəllər və Qovlar qəsəbələrində yaşayan insanlar üçün nəqliyyatın mobilliyinin təmin edilməsinə, eyni zamanda, Mingəçevir əhalisinin də daha rahat, təhlükəsiz və sərfəli səyahət etməsinə xidmət edəcək. İlkin qiymətləndirmələrə əsasən, bu marşrut üzrə illik 100 minə yaxın sərnişin daşınacaq.

"ADY Azərbaycanın bütün regionlarını sərnişinlər üçün daha da əlçatan etməyi və xidmət coğrafiyasını genişləndirməyi hədəfləyir" - deyə Bəxtiyar Hacıyev qeyd edib.

Seçilən
21
3
apa.az

4Mənbələr