AZ

Məzahir Pənahov Moldovada seçki prosesini izləyəcək

Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Moldovada keçiriləcək parlament seçkilərini müşahidə edəcək.

MSK-dan verilən məlumata görə, M.Pənahov prosesi izləmək üçün Moldova MSK-nın sədri Anjelika Karamanın rəsmi dəvəti əsasında bu ölkəyə yollanıb.

Nümayəndə heyəti səsvermə gününədək parlament seçkilərinə ümumi hazırlıq prosesləri ilə tanış olacaq və seçki günü paytaxt Kişineudakı məntəqələrdə səsvermə prosedurlarını da izləyəcəklər.

Qeyd edək ki, yerli mətbuatda M.Pənahovun vəzifəsindən yola salınma ərəfəsində olduğuna dair məlumatlar tirajlanır.

"Cebheinfo.az" 

Seçilən
12
2
cebheinfo.az

3Mənbələr