AZ

Qırğızıstan və Baham Adaları arasında diplomatik əlaqələr quruldu

BAKI, 26 sentyabr. TELEQRAF

Qırğızıstan xarici işlər naziri Jenbek Kulubayev Baham Adaları İttifaqının xarici işlər naziri Frederik Odli Mitçel ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı diplomatik əlaqələrin qurulmasına dair birgə kommünikenin imzalanması mərasimi olub. Nazirlər bu addımın siyasi, iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişafı istiqamətində ilkin addım olacağını vurğulayıblar.

Seçilən
18
teleqraf.com

1Mənbələr