AZ

Kremldə gecə görüşü: Putin Paşinyanı belə salamladı – VİDEO

Kreml binasında Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında gecə saatlarında görüş keçirilib.

KONKRET.az xəbər verir ki, görüş “Beynəlxalq Atom Həftəsi” çərçivəsində baş tutub. Putin qonağı salamlayarkən ona “Hörmətli Nikol Vladimiroviç” deyə müraciət edib. Qeyd edək ki, Paşinyanın atasının adı Vladimiroviç deyil. Bu ifadə sosial şəbəkələrdə və siyasi dairələrdə geniş müzakirələrə səbəb olub.

Görüşün detalları açıqlanmasa da, müşahidəçilər hesab edir ki, tərəflər regional təhlükəsizlik və Rusiya-Ermənistan münasibətlərindəki gərginlik fonunda yaranmış yeni vəziyyəti müzakirə ediblər.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
27
1
konkret.az

2Mənbələr