AZ

Adnan Əhmədzadənin lüks avtomobillərinin görüntüləri yayılıb FOTOLAR

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini, hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadəyə aid olduğu iddia edilən bəzi lüks avtomobillərin görüntüləri yayılıb.

"AzPolitika" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə “Lamborghini”, “Rolls-Royce” və “Mercedes G-Class” kimi yüksək dəyərə malik markalar diqqət çəkib.

İddialara əsasən, avtomobillərin dövlət nömrə nişanları onun şəxsi telefon nömrəsinə uyğun olaraq (5455) seçilib. Bundan başqa, bahalı maşınların müğənni İlham Qədimovun adına rəsmiləşdirildiyi də bildirilir.

Məlumatlara görə, Əhmədzadənin Bakıda da bir neçə dəbdəbəli avtomobili olub. Onun 77-AA-555 nömrəli “Mercedes Maybach”ı idarə etdiyi, hətta məhz həmin avtomobildə saxlanıldığı qeyd edilir.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
azpolitika.info

1Mənbələr