AZ

8 mindən çox məhbus YENİDƏN SAXLANILDI KONKRET

Konkret.az saytına istinadən ain.az xəbər verir.

Nepalda hüquq-mühafizə orqanları kütləvi etirazlar zamanı həbsxanalardan qaçan 8 054 məhbusu saxlayıb. Onlardan bəziləri könüllü olaraq təslim olub. Qaçqınlar arasında qətl, zorakılıq və insan alveri kimi ağır cinayətlərə görə məhkum olunmuş şəxslər də var.

KONKRET.az xəbər verir ki, hakimiyyət bu şəxslərin yeni cinayət qruplaşmaları yaratmaq təhlükəsi olduğunu xəbərdar edir. Onların saxlanması üçün ordu və polis cəlb olunub. Etirazlar zamanı həbsxanalardan 14,5 mindən çox məhbus qaçıb, hazırda isə 6 494 nəfər azadlıqda qalır, onlardan 622-si yeniyetmələrdir.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
1
konkret.az

2Mənbələr