AZ

“Benfika”nın prezidenti: “Qarabağ”a məğlubiyyətdən sonra…”

futbolpress-az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Benfika”nın prezidenti Ruy Koşta portuqaliyalı mütəxəssis Joze Mourinyonun baş məşqçi postuna təyinatından danışıb.

Futbolpress.az xəbər verir ki, funksioner Çempionlar Liqasında “Qarabağ”a məğlubiyyətdən (2:3) sonra proseslərin baş verdiyini deyib:

“Açığı, Mourinyo ağlımda yox idi. “Qarabağ”a məğlubiyyətdən sonra “Fənərbağça”nın sabiq idman direktoru Mario Branko mənimlə əlaqə saxladı və proses beləcə başladı”.

“Benfika”da “Qarabağ”a məğlubiyyətdən sonra baş məşqçi Bruno Lage ilə yollar ayrılıb və Mourinyo bu posta təyin edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
futbolpress.az

1Mənbələr