AZ

İnanmaq çətindir, amma…  Berdiyev “Turan”da QƏRİBƏ QADAĞA tətbiq etdi!

«Turan Tovuz»un baş məşqçisi Kurban Berdiyev qəribə qadağa qoyub.

Bu barədə komandadan redaksiyamıza məlumat verilib.

Bildirilib ki, rusiyalı çalışdırıcı «Sabah»a məğlub olduqları matçın (0:2) analizinə həsr olunmuş iclasda müdafiəçilərə sərt xəbərdarlıq edib.

«Baba» ləqəbli mütəxəssis arxa xəttt oyunçularına topu bir-birinə ötürməyi yasaqlayıb. 73 yaşlı sükançının tapşırığına əsasən, onlar növbəti oyunlardan etibarən bu «yeniliy»in icrasına mükəlləfdir.

Berdiyev qəti şəkildə deyib ki, hansı oyunçu hücuma müdafiədən topla çıxmağa başlasa, onu böyük miqdarda cərimələyəcək. Baş məşqçi «yuvarlaq meşin»i birbaşa irəliyə göndərməyi istəyib.

Qərb komandası Premyer Liqanın ilk beş həftəsində 9 xal toplayıb. «Araz-Naxçıvan»la «Sabah»a uduzan «Turan» turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.

SPORTİNFO.AZ

Seçilən
10
sportinfo.az

1Mənbələr