AZ

Merkel: “Putinə əks cəbhədəyəm”

AzVision.az xəbər verir ki, Angela Merkel “Der Spiegel” jurnalına müsahibəsində belə deyib.

“Putin həmişə soyuq müharibənin sona çatmasına və Sovet İttifaqının dağılmasına məndən tamamilə fərqli şəkildə baxıb. Biz barrikadaların əks tərəfləriindəyik”, - sabiq kansler bildirib.

Merkelin sözlərinə görə, ilk söhbətlərinin birində Putin ona 20-ci əsrin ən böyük fəlakətinin Sovet İttifaqının dağılması olduğunu deyib. Putinin bu sözlərinə həmin vaxt Almaniya kansleri olan Angela Merkel“İndi ən böyük fəlakət adlandırdığınız şey mənim üçün bütün həyatımın sevincidir”cavabını verdiyini iddia edib.

Əslində, hakimiyyəti illərində Rusiya prezidenti Vladimir Putinlə bir çox pərdəarxası iqtisadi-siyasi sövdələşmələr aparmış Merkelin ona məhz belə cavab verdiyi heç də inandırıcı görünmür. İstisna deyil ki, uzun illərdən sonra mövcud reallıq prizmasından çıxış edən xanım Merkel arzuladığını həqiqət kimi qələmə verməyə çalışır.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
28
1
azvision.az

2Mənbələr