Türkiyənin “Turkish Airlines” aviaşirkəti öz parkını genişləndirmək və modernləşdirmək məqsədilə təxminən 225 “Boeing” təyyarəsi almaq niyyətindədir.
Tərəflər 75 ədəd “787 Dreamliner” təyyarəsinin tədarükü haqqında müqavilə imzalayıblar.
Sifarişin dəyəri 22 milyard dollardan çoxdur.
Tədarüklərin 2029-2034-cü illərdə həyata keçiriləcəyi gözlənilir.
“Turkish Airlines” həmçinin 150-yə yaxın “Boeing 737 MAX” tipli təyyarə almaq niyyətində olduğunu bildirib.
“Turkish Airlines”ın öz gələcək inkişafını təmin etmək üçün yenidən “787 Dreamliner” və “737 MAX” təyyarələrini seçməsi bizim üçün böyük şərəfdir”, – “Boeing Commercial Airplanes”ın prezidenti və baş direktoru Stefani Poup bəyan edib.
“Turkish Airlines”ın aviaparkında 787-9, 777, 737 MAX və yeni nəsil “Boeing 737” təyyarələri, eləcə də “Boeing 777” tipli yük təyyarələri daxil olmaqla 200-dən çox “Boeing” təyyarəsi var.
Mənbə Report