Azərbaycanda təhsil müəssisələri internet şəbəkəsi ilə təmin olunacaq.
Manset.az-ın Baku.Ws-ə istinadən məlumatına görə, bu məqsədlə Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi böyük həcmli satınalma elan edib.
Layihənin ümumi dəyəri 2,9 milyon manata yaxın (2.898.845,20 AZN) təşkil edir. Tenderin həyata keçirilməsi nəticəsində məktəblərin internet infrastrukturunun təkmilləşdirilməsi və sürətli şəbəkə imkanlarının artırılması gözlənilir.