"Sabah"ın futbolçusu Zinəddin Uld Xaled əməliyyat olunub.

Offsideplus.az xəbər verir ki, fransalı futbolçu ayağın beşinci daraq sümüyündən əməliyyat keçirib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Həkimlərin ilkin rəyinə görə, Xaled təxminən 6 həftə sonra məşqlərə qayıda biləcək.