AZ

"200 illik bir yuxu"- İdris Heydərli yazır

1828 dən 1862 yə qədər "çarəsiz kimliklər", "divar coğrafiya" kimi idarə olunduq.
1862 dən 1920 yə qədər "maarif" üzərindən Müdafiə dönəmini yaşadıq,
1920 dən 1945 qədər "inqilab" içində yer axtardıq,
Müharibə bütün keçmişi sildi,
1945 dən əvvəl olanlar yalnız Yazı üçün əhəmiyyət daşımağa keçid etdi,
Həyatla hafizə arasında elə bir zəlzələ baş verdi ki, Keçmiş bitdi, yalnız gələcək uğrunda Həyat qurma cəhdi üzə çıxdı.
Səhnədə "müharibə uşaqları və müharibənin sahibsız qoyduğu Qadınlar" var idilər.
Sovet müharibədən sonra qadınlaşan bir cəmiyyətin quruculuğu ilə yeni həyat tərzi qurdu.
Kişiləri təmsil edən "İnqilab" bitdi, müharibə sovetlər ittifağına yeni həyat şərtləri gətirdi.
1960 lardan 1991 qədər lirik mistiklərin səhnəsinə tamaşaçı olduq.
"Qadınlaşan Sovet" sovetlərin dağılması üçün ən vacib zəminlərı "inqilab" havasından çıxardı. "Lirik mistik" bir dünya içində tam fərqli bir kimlik üzə çıxdı.
İndi böyük dünyanın içindəyik.
Bu Zaman tanıması bizim Zamanımızın həddləridir və rəsmidir.
Biri biri ilə bağlantısı olmayan təzahürlərin çıxışı və həll edilə bilinməməsi cavabsız sualların üstüstə yığılması ilə nəticələndi.
Son 200 illik bir yuxu içində yaşamaq məhz bu səbəbdəndir.
İdris Heydərli, filosof
Seçilən
0
news365.az

1Mənbələr