Şəmkirdə küçədə meyit aşkarlanıb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Zəyəm qəsəbəsində qeydə alınıb.
Belə ki, 1958-ci il təvəllüdlü X.Məmmədovanın meyiti küçədən tapılıb. Hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov