AZ

“Uşaq filmləri uşaqların sosiallaşmasında ailə və məktəb qədər təsirlidir” - Sosioloq

Cizgi film uşaqların nitqinə necə təsir edir?

News365.az-a açıqlamasında sosioloq Üzeyir Şəfiyev uşaqların sosiallaşmasında uşaq filmlərinin rolunu şərh edib.

O bildirib ki, hazırkı dövrdə uşaqların formalaşmasında ailə, baxça və məktəb kimi təsirlər qədər, bəzən onlardan daha güclü təsir göstərən amil uşaq filmləri və ədəbiyyatıdır:

“Xüsusilə cizgi filmlərinin psixoloji və davranışsal təsir gücü böyükdür. Uşaqlar filmlərdə gördüklərini təqlid edir, qəhrəmanlarla özlərini eyni sırada görür və onlara bənzəmək istəyirlər. Bu, onların davranışlarının formalaşmasında vacib rol oynayır”.

Sosioloq əlavə edib ki, Azərbaycanda uşaqların təqribən 26%-i müxtəlif cizgi filmləri ilə sosiallaşır ki, bu da gələcək nəsil üçün mühüm təsir göstərir:

“Bu auditoriya ölkənin gələcəyini formalaşdırır. Ona görə də cizgi filmləri hazırlanarkən iki mühüm məqama diqqət yetirmək lazımdır: universal, bəşəri dəyərlər və milli, mənəvi dəyərlər. Bu iki istiqaməti bir-biri ilə əlaqələndirmək vacibdir ki, həm qlobal dünyaya uyğun olsun, həm də milli identikliyimizi və mənəvi dəyərlərimizi uşaqlara ötürsün”.

News365.az

Seçilən
1
news365.az

1Mənbələr