AZ

“Sabah”ın legioner futbolçusu əməliyyat olunub

Bakı, 26 sentyabr, AZƏRTAC

“Sabah” klubunun futbolçusu Zinəddin Uld Xaled əməliyyat olunub.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, fransalı yarımmüdafiəçi ayağın beşinci daraq sümüyünün Jones tip 2 qırığı əməliyyatı keçirib.

Bakıdakı klinikalardan birində baş tutan əməliyyat uğurla yekunlaşıb. Həkimlərin ilkin rəyinə görə, Zinəddin Uld Xaled təxminən 6 həftə sonra məşqlərə qayıda biləcək.

 

Seçilən
10
10
azertag.az

10Mənbələr