AZ

Toylarda zəhərlənmə hallarının artmasının səbəbi nədir? - EKSPERT DANIŞDI

Ölkə ərazisində keçirilən toy mərasimlərində zəhərlənmə halları müşahidə edilir. İnsanlar xoş günlərində qidalardan zəhərləndikdə bəzən restoranlar, bəzən isə onları yoxlamalı olan qurumlar tənqid obyektinə çevrilir. İddialara görə, zəhərlənmələr əsasən evdə hazırlanan qidalardan qaynaqlanır. Hətta elə yerlər var ki, məsələn toy sahibi sadəcə zalın pulunu verir, bütün yeməkləri özü gətirir.

Həmin qidalar hansı vəziyyətdə hazırlanır, ümumiyyətlə bu qidalar yoxlanılırmı?

Məsələ ilə bağlı qida mütəxəssisi Seymur Qafarov SİA-ya açıqlamasında bildirib ki, daha çox rayonlarda populyar olan menyu toyları adlandırılan əvvəlcədən toy məclislərinin keçirilməsi üçün nəzərdə tutulmuş müəssisədə rəhbərlə danışaraq yalnız zal icarəyə götürülür:

“Bütün qidalar toy sahibləri tərəfindən hazırlanılır. Belə olduğu təqdirdə bunlara nəzarət ictimai iaşə müəssisəsindən aparıla bilinmir. Bəzən bu qidalar həyətlərdə, qapalı sahələrdə hazırlandığından artıq müvafiq qurumlar da evə daxil olaraq yoxlama prosesini apara bilmir. Çünki ev qeyri-yaşayış sahəsi deyil, xüsusi icazə əsasında yoxlanış aparmaq olur. Bu məhsullar hazırlanan zaman sanitar-gigiyenik normalara riayət olunmur. Eyni zamanda heyvanı diri şəkildə alıb ev şəraitində, kustar üsullarla kəsdikdə növbəti risk faktoru yaradır. Yəni bu cür toylarda qida təhlükəsizliyini izləmək çətin olduğundan öz növbəsində risk faktoru yaradır”.

Müəllif: Arzu Qurbanlı
Seçilən
12
1
sia.az

2Mənbələr