AZ

“Ermənistan hərbi xərclərdə Azərbaycanla rəqabət apara bilməz” Simonyan

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ermənistan hərbi xərclərin səviyyəsinə görə Azərbaycan və Türkiyə ilə rəqabət apara bilməz.

"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkə parlamentinin sədri Alen Simonyan jurnalistlərə açıqlamasında bildirib.

Ermənistan hökumətinin 2026-cı il dövlət büdcəsində müdafiə xərclərini azaltmaq qərarını şərh edən parlament sədri qeyd edib ki, bunu Azərbaycanla və ya Cənubi Qafqazda dəyişən reallıqlarla əlaqələndirmək lazım deyil.

A.Simonyan əlavə edib ki, bu gün hökumət üçün əsas prioritet maliyyə resurslarından səmərəli istifadədir.

Qeyd edək ki, Ermənistan 2026-cı ildə müdafiə xərclərini təxminən 16 % - 560 milyard drama (təxminən 1,46 milyard dollar) qədər azaldacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
5
azpolitika.info

6Mənbələr