AZ

“Klub rəhbərliyinin baş məşqçidən narazı olmasına dəyməz” - VİDEO

“Klub rəhbərliyinin baş məşqçidən narazı olmasına dəyməz”.

Bu sözlər futbol eksperti Emin Abbasova aiddir.

O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində «Qəbələ»nin düşərgəsində yaşanan son proseslərdən danışıb.

Tanınmış teleşərhçi bildirib ki, komanda Premyer Liqanın ilk dörd qarşılaşmasında yaxşı təsir bağışlasa da, qələbə «siftə»sini yalnız «Kəpəz»lə matçda edib, bununla belə, Kazaber Sxadadzenin fəaliyyəti qənaətbəxş sayılmalıdır.

Onun fikrincə, gürcü çalışdırıcinin işi «qırmızı-qaralar»ın oyununda özünü göstərir.

Abbasov «Qəbələ»nin baxımlı futbol nümayiş etdirməyə çalışdığını, dinamik təsir bağışladığını, rəqiblərə qarşı var gücüylə mübarizə apardığını söyləyib.

Ekspertin qənaətinə görə, Sxadadze mövcud imkanlar daxilində öz sistemini qurub və rəhbər şəxslərin ondan giley-güzar etməsi üçün heç bir ciddi əsas yoxdur.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Seçilən
0
sportinfo.az

1Mənbələr