AZ

Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində ciddi nöqsanlar aşkarlayıb

Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində ciddi nöqsanlar aşkarlayıb.

Azərbaycan Hesablama Palatası 2025-ci il İş Planına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) və tabeli qurumlarda dövlət vəsaitlərinin istifadəsinə dair uyğunluq auditi aparıb. Audit 2023–2024-cü illəri əhatə edib.

Nəticələrə əsasən, ölkə üzrə kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsi tam həyata keçirilməyib. Bu səbəbdən baytarlıq sahəsində xəstəliklərin qarşısının alınması və peyvəndləmədə risk əsaslı yanaşmalar tətbiq olunmayıb. Dövlət Statistika Komitəsi ilə müqayisədə heyvanların uçot göstəricilərində 11-16% fərq aşkarlanıb.

Audit zamanı Agentliyin strateji inkişaf və əməliyyat planlarının olmadığı, monitorinq mexanizmlərinin tətbiq edilmədiyi, xidmətlərin yalnız az bir hissəsindən gəlir əldə edildiyi, potensial qeyri-büdcə vəsaitlərinin isə itirildiyi müəyyən olunub.

Satınalmalarda da problemlər qeydə alınıb. Belə ki, 2023-cü ildə 1,6 mln. manat dəyərində feromon tələlərinin baha qiymətlərlə alınması və sınaqdan keçirilmədən istifadəsi dövlət vəsaitlərinin səmərəsiz xərclənməsinə səbəb olub. Həmin tələlərin 35 mindən çox dəsti istifadəsiz qalıb.

Seçilən
16
14
aznews.az

10Mənbələr