Baku.ws saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"Bakıda tətbiq olunacaq yeni ödənişli zonaların praktikası London, Sinqapur və Parisdə tətbiq olunur. Paytaxtdakı yollarla bağlı yeni qərar qəbul olunub və üç ay vaxt müəyyən olunub. Qeyd etdiyimiz zonalar və ona uyğun qiymətlər müəyyən olunacaq".
Bu sözləri BAKU.WS-ə açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib.
O əlavə edib ki, Bakıda tıxaclara son qoymaq üçün ciddi alternativlər də formalaşdırmaq lazımdır:
"Böyük şəhərlərdə tıxac və sıxlıq gözlənilən haldır. Avtomobillə səfərlər nə qədər az təşkil olunsa, tıxac və sxılıqlar da bir o qədər az olacaq. Amma bununla paralel alternativlərə ciddi investisiya olunmalıdır. Bunlar ictimai nəqliyyatın çeşidli növləri - piyada infrastrukturu, mikromobillik, avtobusların parklarının yenilənməsi, bilet paketinin formalaşdırılması, yerin altında metro, yerin üstündə şəhərətrafı elektrik qatarı və,yüngül relsli tramvay sistemidir.
Adını çəkdiklərimizə inteqrasiya olunmalıdır ki, insanlar üçün rahat keçidlər olsun. Eyni zamanda küçələrdə qısa keçidlər olmalıdır. Zebralı, təhlükəsiz, işıqlanmış və svetoforla nizamlanan keçidlər olmalıdır ki, vətəndaşlar piyada səfərlər zamanı əziyyət çəkməsin. Əgər bu şərailər yaradılmasa, insanlar yeni öz şəxsi avtomobilinə üz tutacaq".
Ekspert həmçinin vurğulayıb ki, bütün bunları həyata keçirmək üçün heç də uzun zamana ehtiyac yoxdur:
"Mərəhələli şəkildə bu dediklərimizi reallaşdırmaq olar. Məsələn, zebra və svetoforun təşkili çox qısa zamanda reallaşdırılmalıdır ki, sakinlər heç olmasa qısa məsafəni piyada gəzə bilsinlər.
Hazırda paytaxtda avtobus zolaqları çəkilib, amma bununla yanaşı yaşıl dalğası da təşkil olunmalıdır ki, svetoforda az dayansın. Yəni bunların təşkilində düşünürəm ki, daha tez nəticəyə nail olmaq olar. Amma metro, relsli nəqliyyatla bağlı layihələr minimum 3 ildən yuxarı reallaşacaq layihələrdir. Yeni qatarlar sifariş verilməli, dayanacaqlar qurulmalı və metro tunelləri tikilməlidir".
Orxan Hüseyn
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.