AZ

“Kızılcık şerbeti”ndəki Azərbaycan səhnəsindən danışdı

Aktyor Berk Oktay “Kızılcık şerbeti” serialında mərhum sənətçi Məmmədbağır Bağırzadəyə məxsus “Ay saçı burma” mahnısının sədaları altında rəqs səhnəsi barədə danışıb.

News24.az xəbər verir ki, görüş zamanı Azərbaycan mahnılarının onların filmlərində səslənməsi və bəzi ekran işlərində Azərbaycan dilinə qarşı hörmətsizliklə bağlı iddialar barədə sual ünvanlanıb.

Türkiyəli sənətçilər bildiriblər ki, hər iki xalqı birləşdirən ortaq dəyərlərə hörmətlə yanaşılır və belə halların yanlış anlaşılmadan qaynaqlandığını düşünürlər.

B.Oktay isə mövzu barədə danışarkən deyib ki, sənətdə əsas məqsəd xalqlar arasında körpü yaratmaqdır:

“Azərbaycan musiqisi və dili bizim üçün böyük dəyərə malikdir. Əksinə, biz filmlərdə bu zənginliyi təqdim etməkdən qürur duyuruq. “Kızılcık şerbeti” serialında həmin səhnədə oynayan aktyorlar mənim yaxın dostlarımdır. Əgər yanlış anlaşılma olubsa, bu, heç vaxt qəsdən edilməyib. Bu məsələ sosial şəbəkələrdə də müzakirə olunurdu və biz bununla bağlı danışdıq. Həqiqətən belə anlaşıldığı üçün çox məyus idilər. Bu səhnədən sonra daha diqqətli olacaqlarını söylədilər”.

Qeyd edək ki, bir müddət öncə Türkiyənin “Kızılcık Şerbeti” serialında yeni rol alan Asil musiqisi mərhum Xalq artisti Məmmədbağır Bağırzadəyə məxsus “Ay saçı burma” mahnısının sədaları altında rəqs edib.

Mahnının səsləndirildiyi səhnə sosial şəbəkələrin Azərbaycan seqmentində birmənalı qarşılanmayıb. (Qafqazinfo)


Seçilən
71
7
news24.az

10Mənbələr