Bakı. Trend:
Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci il İşPlanına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Dövlət SuEhtiyatları Agentliyi və tabeli qurumları üzrə dövlət vəsaitlərininvə digər dövlət əmlakının istifadə və idarə olunmasına dairuyğunluq auditi aparılıb. Audit zamanı məlum olub ki, agentlik vətabeli qurumlar tərəfindən büdcə və qeyri-büdcə vəsaiti hesabına62,6 milyon manat xərclənib.
Bu barədə Trend Hesablama Palatasına istinadən xəbər verir.
Məlumata görə, eyni zamanda, büdcə və büdcədənkənar xərclərindüzgün proqnozlaşdırılmadığı, 2023-cü ildə ödənişlərin bir neçəhalda təyinatının dəyişdirildiyi müəyyən edilib. 2023 və 2024-cüillərdə bəzi işçilərə artıq əməkhaqqı ödənilib, amma bu vəsaitaudit dövründə büdcəyə qaytarılıb.
Audit zamanı həmçinin Agentliyin balansındakı nasosstansiyalarına quraşdırılan avadanlıqların faktiki olaraq digərstansiyalarda olduğu, bəzi əsas vəsaitlərin yararsız vəziyyətdəolduğu və subartezian nasoslarının balansdan silindiyi, lakin sonrabalansda qeyd edildiyi müəyyən edilib.
İçməli su anbarlarında və təmizləyici qurğularda sayğaclarınnasaz və ya ümumiyyətlə olmaması səbəbindən 1 066 288 m³ içməlisuyun qeydiyyata alınmadığı aşkar edilib. Eyni zamanda, su elektrikstansiyalarına verilən suyun həcminin ölçülmədiyi və elektrikenerjisinin istehsalı üçün ödənmədiyi də müəyyən olunub.
Suvarma sistemlərində ölçü cihazlarının və nəzarət sistemlərininolmaması, bəzi ərazilərdə tikintisi yarımçıq qalmış su təmizləyiciqurğulardan istifadə edilməsi və abonentlərdən vəsait toplanmasıfaktları da qeyd edilib. 2023 və 2024-cü illərdə suvarma suyu üzrəitkilərin rəsmi məlumatlardan daha yüksək olduğu müəyyənolunub.
Audit zamanı yararsız texnika və avadanlıqların utilizasiyasıhəyata keçirilib və həmin vəsait büdcəyə qaytarılıb. Bununlayanaşı, Agentlik tərəfindən iri su tutarları və hövzələr istisnaolmaqla, digər meliorasiya və irriqasiya sistemlərininpasportlaşdırılmadığı da aşkar edilib.
Dövlət satınalmaları ilə bağlı qanunvericiliyə bir sıra hallardariayət edilmədiyi, müqavilələrin düzgün icra edilmədiyi, ödənilmişvəsaitin bir hissəsinin avadanlığın çatışmazlığı səbəbindən geriqaytarıldığı müəyyən edilib.
Hesablama Palatasının Kollegiyası auditin nəticələrini nəzərəalaraq Agentlikdə nöqsanların aradan qaldırılması, artıq xərclərinvəsaitinin bərpası, texnika və avadanlıqların balansda düzgünqeydiyyatı və digər tədbirlərin görülməsi barədə qərar qəbul edib.Aşkar edilmiş məsələlərlə bağlı aidiyyəti qurumlara məlumatgöndərilib.