AZ

Palata: Aqrar Xidmətlər Agentliyi dövlət vəsaitini səmərəsiz xərcləyib

Aqrar Xidmətlər Agentliyi dövlət vəsaitini səmərəsiz xərcləyib.

Hesablama Palatasının auditinə əsasən, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) satınalmaları zamanı dövlət vəsaitlərinin səmərəli istifadəsi təmin olunmayıb.

    Hesabatda qeyd olunur ki, 2023-cü ildə Agentlik tərəfindən Kosta-Rika mənşəli 51 949 dəst feromon tələsi 1,67 mln. manata yaxın vəsait hesabına satın alınıb. Bir dəstin qiyməti 32,13 manat səviyyəsində rəsmiləşdirilib ki, bu da bazar şərtlərinə uyğun gəlməyib. İki ilə yaxın müddətdə istifadəsinə baxmayaraq, həmin tələlər dövlət sınağından keçirilməyib və qeydiyyata alınmayıb.

    Audit nəticəsində 2025-ci ilin əvvəlinə 35 mindən çox dəstin anbarda istifadəsiz qaldığı, köhnəlməyə məruz qaldığı müəyyən edilib. Bu isə təqribən 1 mln. manata yaxın dövlət vəsaitinin səmərəsiz xərclənməsinə səbəb olub.

    Bundan əlavə, sənədlərdən aydın olub ki, feromon tələlərinin asılması risk əsaslı yanaşmalara uyğun aparılmayıb. Zərərvericilərin əsasən şimal və şimal-qərb bölgələrində müşahidə edilməsinə baxmayaraq, 2024-cü ildə tələlər demək olar ki, bütün bölgələr üzrə quraşdırılıb. Bəzi hallarda isə fermer təsərrüfatları üzrə rəsmi rəsmiləşdirmə aparılmayıb.

    Hesablama Palatası bu faktları dövlət vəsaitlərinin düzgün proqnozlaşdırılmaması, tələbatın real qiymətləndirilməməsi və satınalma prosedurlarında optimal yanaşmaların tətbiq edilməməsi kimi qiymətləndirib. Kollegiya nəticələrə əsasən nöqsanların aradan qaldırılması, artıq xərclərin bərpası və aidiyyəti qurumların məlumatlandırılması barədə qərar qəbul edib.

    APA

    Seçilən
    25
    9
    banco.az

    10Mənbələr