AZ

Niderlandda Rusiyanın xeyrinə casusluqla şübhəli bilinən şəxslər saxlanılıb

Niderland polisi Haaqada Rusiyanın xeyrinə casusluq etməkdə şübhəli bilinən iki yeniyetməni saxlayıb.

“İki sahil” bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.

Yeniyetmələr Ümumi Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin məlumatı əsasında saxlanılıb.

Məlumata görə, onlar barəsində artıq müvafiq qətimkan tədbiri seçilib: biri iki həftə həbsdə qalacaq, digəri ev dustaqlığına buraxılıb.

Yeniyetmələrdən birinin atası jurnalistlərə bildirib ki, onları haker hücumları üçün sifarişlər yerinə yetirməkdə şübhəli bilirlər.

Seçilən
12
ikisahil.az

1Mənbələr