AZ

Ukrayna ordusunda yeni qoşun növü yaradılır - Sırski

Mülki əhalinin, kritik obyektlərin və infrastrukturun düşmənin hava hücumlarından qorumaq - hökumət və Silahlı Qüvvələr üçün prioritetdir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı ordu generalı Oleksandr Sırski bir qrup jurnalistlərlə görüşündə bildirib.

Onun sözlərinə görə, bu məsələni həll etmək üçün hava hücumundan müdafiə komplekslərinin sayını artırmaqla yanaşı, düşmənin hava hücumu vasitələrinə qarşı mübarizədə səmərəlilik verən digər istiqamətləri də inkişaf etdirirlər.

"Artıq Hava Qüvvələrimizdə yeni qoşun növünün - pilotsuz hava hücumundan müdafiə sistemlərinin yaradılması prosesindəyik. Mən "şahedlər"i yüksək effektivliklə məhv edən yerli və xarici istehsal olan dronları nəzərdə tuturam", - Baş komandan bildirib.

O.Sırski bildirib ki, artıq onları tətbiq edirlər və proses qızğın mərhələdədir:

"Digər istiqamətləri də inkişaf etdiririk. Dronlarla mübarizədə yüksək effektivlik göstərən döyüş helikopterlərimizin sayını artırırıq. Hava şəraitindən asılı olaraq, helikopterlərimiz bəzən öz sahələrində dronların 40%-nə qədərini vurur. Buna görə də bu istiqaməti də genişləndiririk. Bu helikopterlər düşməni gündüz, gecə, müxtəlif hava şəraitlərində, termal və infraqırmızı rejimlərdə görməyə imkan verən xüsusi sistemlərlə təchiz edilməlidir".

Bundan əlavə, elektron mübarizə vasitələrinin kəmiyyət və keyfiyyətinin artırılması üzrə iş davam edir: "Radiolokasiya sahəmizi genişləndirmək üçün nə varsa, istifadə edirik, hamısını vahid sistemə inteqrasiya edirik.

Avtomatlaşdırılmış idarəetmə sistemlərimiz var".

Seçilən
10
3
bakivaxti.az

4Mənbələr