Bakı. Trend:
Tanınmış ətraf-mühit fəalı Qreta Tunberq İspaniya və İtaliyahərbi donanmalarına aid gəmilərin mühafizəsi altında humanitarmissiya ilə Qəzza sahillərinə yola düşüb.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Bir müddət əvvəl İtaliya, Yunanıstan, Tunisə məxsus gəmilərinhücuma məruz qalması ilə əlaqədar İtaliya və İspaniya SilahlıQüvvələrini müvafiq addımı atmağa vadar olub.
İtaliya iki freqat göndərib, İspaniya isə hələlik yalnız BAM(Buque de Acción Marítima- dəniz əməliyyatı gəmisi) göndərib.Bundan əlavə, ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus “Furor” gəmisicümə günü səhər tezdən Mursiyanın Kartaxena limanından şərqi Aralıqdənizi sularına doğru yola çıxıb və oradakı gəmilərə hücum halındayardım göstərmək üçün bölgəyə hərəkət edib.
Qeyd edək ki, fəalların Qəzzaya ilk üzmə cəhdi iyun ayında olub.Onlar “Madlin” adlı yaxta ilə anklava tərəf üzməyə çalışıblar,lakin İsrail hərbçiləri gəmini ələ keçirib. Daha sonra fəallar, ocümlədən Qreta Tunber deportasiya olunub.