AZ

III MDB Oyunları ölkəmizə nə qazandıracaq?

Metbuat portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, III MDB Oyunları Azərbaycanda keçiriləcək. Oyunlarda 13 ölkədən ümumilikdə 1624 idmançı iştirak edəcək.

İdman eksperti Araz Əhmədov Metbuat.az-a açıqlamasında bildirib ki, III MDB Oyunlarının ölkəmizdə keçirilməsinin bizə bir çox müsbət təsirləri var:

“Birincisi məhz bu turnirə görə Azərbaycanda bir çox idman qurğusu inşa edildi, rekonstruksiya olundu. Bir çox stadionlar əsaslı təmirdən sonra müasir görkəmə qovuşdu. Həmçinin bu turnir ölkəmizə belə oyunların keçirilməsi istiqamətində böyük təcrübə qazandıracaq. Ən əsası isə bu turnirdə xeyli sayda gənc və perspektivli azərbaycanlı idmançı özünü göstərmək şansı qazanacaq”.

“Əminəm ki, onların içərisindən gələcəkdə olimpiya çempionları çıxacaq”, - deyə A.Əhmədov əlavə edib.Qeyd edək ki, oyunlarının açılış mərasimi sentyabrın 28-də, bağlanış tədbiri isə oktyabrın 8-də Gəncə Şəhər Stadionunda olacaq.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
1
metbuat.az

10Mənbələr