Fransanın keçmiş prezidenti Nikola Sarkozi məhkəmənin onu beş il həbs cəzasına məhkum etməsinə baxmayaraq, hazırkı dövlət başçısı Emmanuel Makrondan əfv edilməsini istəməyəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə BFMTV-yə Sarkozinin vəkili Jan-Mişel Darrua bildirib.
"O, prezidentdən əfv olunmasını istəməyi düşünmür, çünki təqsirsiz olduğunu sübut etmək niyyətindədir", - vəkil bildirib.
N.Sarkozi 2007-ci il seçki kampaniyasının Liviya tərəfindən maliyyələşdirilməsi ilə bağlı işdə əlbirlikdə təqsirli bilinib.