"Qarabağ" UEFA Çempionlar Liqasının 2-ci turunda Danimarka çempionu "Kopenhagen"lə oyun üçün satılan bilet sayını açıqlayıb.
Manset.az xəbər verir ki, dünən saat 15:00-da biletlərin satışa çıxarıldığı andan indiyə qədər 27 min 500 bilet satılıb.
Klub qeyd edib ki, hazırda biletlər məhdud sayda qalıb. Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.
Xatırladaq ki, “Qarabağ” – “Kopenhagen” oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və yerli vaxtla saat 20:45-də başlanacaq.