AZ

Azərbaycan III MDB Oyunlarında ilk medalları təmin edib

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında kişilər arasında stolüstü tennis üzrə komanda yarışlarında da finalçılar müəyyənləşib.

Xezerxeber.az xəbər verir ki, həlledici qarşılaşmada Azərbaycan və Rusiya yığmaları üz-üzə gələcəklər.

Yarımfinalda milli komandamız Özbəkistanı, rusiyalılar isə Qazaxıstanı üstələyib.

Daha əvvəl qadınlardan ibarət yığmamız Özbəkistanı məğlub edərək həlledici mərhələyə vəsiqə qazanıb. Bununla da Azərbaycan III MDB Oyunlarında ilk medalları təmin edib. Komandalarımız finalda uduzsalar belə, gümüş mükafata sahib çıxacaqlar.

Qeyd edək ki, final qarşılaşmaları sentyabrın 27-də təşkil olunacaq.

Seçilən
6
5
xezerxeber.az

6Mənbələr