AZ

Tacir Şahmalıoğlu Xatirədən üzr istədi

Xəbər verdiyimiz kimi, müğənni Xatirə İslamla Tacir Şahmalıoğlu arasında mübahisə yaşanıb.

Axşam.az xəbər verir ki, T.Şahmalıoğlu Xatirənin qonaq olduğu "Günə uğurla" verilişinə telefonla zəng edib. O bildirib ki, aralarında anlaşılmazlıq yaşanıb:

"Hər şey gözəldi. Xatirə ürəyimdir. Aramızda inciklik ola bilməz. Zəng söhbətində oğlum inciyib. Mən də Xatirənin köməkçisinə zəng etdim ki, mənimlə əlaqə saxlasın. Bir-birimizə çata bilmədik. Tonla çörək kəsmişim. küsülülük ola bilməz".

T.Şahmalıoğlu Xatirənin atasının rəhmətə getməsini deməsinə görə ondan üzr istəyib:

"Xatirədən üzr istəyirəm. Yusif Mustafayev dedi atası rəhmətə gedib. Ona görə mən də "Allah rəhmət eləsin" dedim. Diriyə də rəhmət var".

 

Seçilən
24
5
musavat.com

6Mənbələr