AZ

Adnanın həbsindən sonra yeni əməliyyat – Təcili hərəkətə keçdilər

İş adamı Adnan Əhmədzadənin həbsi ilə bağlı müzakirələr davam edir. İddialara görə, hadisədən sonra ölkədə banklardan külli miqdarda pullar çıxarılır. Səbəb kimi imkanlı şəxslərin guya baş verənlərdən qorxuya düşdüyü, nəticədə vəsaitlərini sıfırladıqları və xaricə daşıdıqları bildirilir. 

Bu məlumatlar həqiqəti əks etdirirmi, yoxsa ölkədə süni ajiotaj yaratmaq məqsədi daşıyır?

Globalinfo.az-a danışan REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyib ki, belə hadisələr iqtisadiyyatda müəyyən gözləntilərin yaranmasına və formalaşmasına səbəb olur:

“Lakin Adnan Əhmədzadə ilə bağlı hadisənin detalları hələlik məlum deyil. Araşdırmanın kimlərə təsir edəcəyi də dəqiqləşməyib. Bank sektoru ilə bağlı ciddi problemlərin mövcud olduğunu düşünmürəm. Əksinə, Azərbaycan Mərkəzi Bankın (AMB) nəzarət mexanizmləri son dövrlərdə xeyli sərtləşdirilib. Xüsusilə, ölkədən pul çıxarılması ilə bağlı ciddi qaydalar tətbiq olunub”.

natiq

Natiq Cəfərli

Ekspert bildirib ki, vəsaitlərin ölkədən çıxarılması müəyyən edilmiş qaydalar əsasında həyata keçirilir:

“Bu qaydaları AMB ciddi şəkildə nəzarətdə saxlayır. Ona görə də belə addım atan şəxslərin normal biznesmen deyil, əksəriyyətinin məmurlar və ya onlara bağlı biznes strukturları olduğu qənaətinə gəlmək olar. Onlar isə inzibati resurslardan istifadə edərək bu prosesi həyata keçirə bilirlər”.

Seçilən
31
1
editor.az

2Mənbələr